Bruney sultanı Hacı Hassanal Bolkiah Muizzəddin Vaddaulah prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, səfərmartın 9-dək davam edəcək. Səfər çərçivəsində Bruney sultanının Ankarada prezident Rəcəb Tayyib Ərdoğanla rəsmi görüşü keçiriləcək.
İki ölkə arasında əlaqələrinin bütün aspektlərinin müzakirə olunacağı görüşlərdə əməkdaşlığın daha da inkişafı üçün atılacaq birgə addımlar dəyərləndiriləcək.
Görüşlər zamanı regional və beynəlxalq məsələlər də müzakirə ediləcək. Səfər zamanı Türkiyə ilə Bruney arasında müxtəlif sahələri əhatə sazişlərin imzalanması da nəzərdə tutulur.
Mehman