Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məsuliyyəti yalnız iqtidarın üzərinə yükləmək məsuliyyətsizlik olardı -ÖZƏL

Məsuliyyəti yalnız iqtidarın üzərinə yükləmək məsuliyyətsizlik olardı


"Demokratiya pərdəsi altında həyata keçirilən anti türk, anti Azərbaycan propaqandasının fərqində olmalıyıq. Düşmən çox hiyləgər və hazırlıqlıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Haqq Ədalət Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli səsləndirib. O bildirib ki, dövlətçiliyimiz üçün ciddi risklər yox deyildir:

"Məsuliyyəti yalnız iqtidarın üzərinə yükləmək məsuliyyətsizlik olardı. Bütün resurslarımızın konsalidasiyası çox vacibdir. Unutmanalıyıq ki, son 200 ildə tarixi siyasi proseslərin verdiyi şansı düzgün dəyərləndirmək milli görəvimiz olmalıdır. Böyük ideallara çatmaq yolu budur".

Zəlimxan Məmmədli onu da deyib ki, son zamanlar PKK, İran, rus sevdalı siyasi "fiqurlar" öz sevgilərini dilə gətirir, milli iradəyə meydan sulayır, sosial şəbəkədəki etirazlara heç reaksiya da vermirlər:

"Arxayın kimi davranırlar. Saya salmırlar. Son zamanlar həyata keçirilən terrorlar, Qarabağ ətrafında separatçıların təxribatları, Türkiyəyə, cumhurbaşkanı Ərdoğana qarşı abırsız, amma sistemli əkstəbliğat təsadüfı deyildir".

Partiya rəsmisi sözlərinə belə davam edib:

"Zaman-zaman söz atdım, fikir bildirdim, həyəcan təbili çaldım. Anlatmaq istədim ki, Azərbaycanda rəsmi qurumlardan tutmuş siyasi partiyalarda, sivil toplum quruluşlarında, mediada onunkular-bununkular yer alıb, cəsusluq edirlər, tanıyın, nəzarətə götürün. Tanrı dövlətimizi və millətimizi qorusun!".

Anar
Xəbəri paylaş