Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədova Tatar Demokrat Birliyinin sədri tərəfindən mükafata layiq görülüb -ÖZƏL

Deputat Jalə Əhmədova Tatar Demokrat Birliyinin sədri tərəfindən mükafata layiq görülüb


Dünya Alpaqut Federasiyasının prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədova Rumıniyada fəaliyyət göstərən Tatar Demokrat Birliyinin sədri (Uniunea Democrată Tătară), Dünya Alpaqut Federasiyasının Rumıniya təmsilçisi Naim Bilgin və məşhur Kurultai Festivalının rəhbərliyi tərəfindən mükafata layiq görülüb.

Newscenter.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib. Bildirib ki, Türkiyənin Bursa şəhərində keçirilmiş Alpaqut Turan Döyüş Sənəti üzrə 3-cü Dünya Çempionatında üzrlü səbəblərdən iştirak edə bilmədiyimə görə mükafatı Dünya Alpaqut Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Emil Rəhimov təqdim edib:

"3-cü Dünya Çempionatı və mükafatla bağlı geniş məlumat Rumıniyada nəşr edilən “Revista Dobrogeană” jurnalında da əks olunub. Tatar Demokratik Birliyi təşkilatının təsisçiliyi ilə işıq üzü görən “Revista Dobrogeană” jurnalı milli dəyərləri inkişaf etdirmək və təbliğ etmək məqsədi daşıyır və öz səhifələrində mədəniyyət, adət-ənənə, tarix, təhsil, tibb, incəsənət, xəbərlər, idman, qanunvericilik və s. digər mövzulara yer verir".

Deputat onun fəaliyyətini dəyərləndirərək yüksək mükafata layiq görən Dünya Alpaqut Federasiyasının Rumıniya təmsilçisi Naim Bilginə və Kurultai Festivalının rəhbərliyinə təşəkkürlərini bildirib.

Ruhiyyə
Xəbəri paylaş