Əsasən qız tələbələr arasında 3 aydan çoxdur kütləvi zəhərlənmə hallarının müşahidə olunduğu İranda daha 500 tələbənin zəhərlənməsi barədə məlumat yayılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, yeni zəhərlənmə halları ölkənin daha 12 vilayətində qeydə alınıb. Onların da əvvəlki xəstələr kimi ürəkbulanma, halsızlıq və başgicəllənmədən əziyyət çəkdiyi bildirilir.
Ən çox zəhərlənmə halları İsfahan, Gilan, Gülüstan, Rezevi Xorasan, Loristan, Həmədan, Fars, Kürdüstan, Xuzistan, Qəzvin və Mazandaran əyalətlərində qeydə alınıb.
Qeyd edək ki, İranda qız tələbələr arasında zəhərlənmə hadisəsi 30 noyabr 2022-ci ildən baş verib.
Mehman