Son günlər artan erməni təxribatları, Rusiya sülhməramlılarının isə öz missiyalarını yerinə yetirməyib prosesləri yalnız müşahidə etməsi onu deməyə əsas verir ki, Qarabağda genişmiqyaslı antiterror əməliyyatı qaçılmazdır. Əks təqdirdə bölgədə sülh və təhlükəsizlik təmin edilməyəcək. Elə BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov da bu qənaətdədir. Onun sözlərinə görə, tərəflərin mövqelərindəki ziddiyətlər bir daha onu göstərir ki, bu problemin sülh yolu ilə həllinin tək çıxış yolu var, bu da, erməni tərəfini sülhə məcbur etmək və ya hər şeyin üstündən xətt çəkib separatçıların nəzarətində olan torpaqlarımızı hərbi yolla azad etmək.
Politoloq Newscenter.az-a bildiirb ki, sülhə məcbur etmə dedikdə ərazimizdə bir qrup erməni əsilli vətəndaşın qalması mümkün olacaqsa, çünki bu zaman Azərbaycan məhdud həcmli hərbi əməliyyatla erməniləri sülhə məcbur edəcəksə, tam həcmli əməliyyatla isə ərazidə ermənilərin yaşaması böyük ölçüdə mümkün olmayacaq:
"Bunun nəticələrinə ermənilər qatlanmalı olacaqlar. Azərbaycan tərəfinin buna hər tərəfli imkanı çatır. Erməni tərəfi, istər Ermənistanın rəhbərliyinin, istərsə də separatçıların "rəhbərliyinin" hərəkətləri bir daha onu göstərir ki, Qarabağ ərazisində yeni hərbi əməliyyata ehtiyac var və bu, tezliklə gözlənilir. Azərbaycan tərəfi imkan verə bilməz ki, separatçı qurumun davranışı səbəbindən Azərbaycanın ərazi nəzarətsiz bölgəyə çevrilsin, eyni zamanda, bu ərazidə yaşayan və Azərbaycanın tərkibində yaşamaq istəyən müəyyən qrup erməni əsilli insanlar bundan əziyyət çəksinlər. Bununla yanaşı da Azərbaycanın Xankəndi, Xocalı, Xocavənd və digər nəzarətsiz bölgələrinin azərbaycanlı əhalisi öz torpağından məhrum yaşamını sürdürsün. Bu, Azərbaycanın indiki durumda nə adına, nə də gücünə yaraşmayan durumdur".
Politoloq hesab edirki, Azərbaycan qısa müddətdə bu durumu öz lehinə dəyişəcək və bu yanlışlığı düzələcək.
Anar