"Arayik Arutunyanın rəhbərlik etdiyi Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrin təxribat törədəcəkləri gözlənilən idi. Biz hələ Milli Məclisin deputatı Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qarabağın erməni sakinləri ilə görüşündən dərhal sonra bildirmişdik ki, separatçılar bununla barışmayacaq və vəziyyəti gərginləşdirməyə çalışacaqlar. Təəssüflər olsun ki, gözləntilərimiz doğru çıxdı".
Bu fikirləri Newscenter-az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, çünki belə bir görüşün baş tutması arutunyanlar, vardanyanların məkirli planlarının yarımçıq qalması demək idi:
"Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərini öz vətəndaşı bilərək onlara sahib çıxması ilə barışa bilməyən Arayik Arutunyanın bu müzakirələrə mane olmaq üçün yeganə yolu təxribat törətmək idi ki, buna da nail oldu".
Arzuman Muradlı deyib ki, separatçılar Qarabağdan təmizlənməyənə qədər erməni sakinlərlə oturub müzakirə aparmaq, eləcə də Ermənistanla sülh müqaviləsi imzalamaq mümkün olmayacaq:
"Ona görə də yeganə çıxış yol Qarabağda növbəti dəfə antiterror əməliyyatı həyata keçirib məsələni birdəfəlik həll etməkdir".
Mehman