Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqnerin Rusiya Ordusunun qərargahına girişi QADAĞAN EDİLDİ -ÖZƏL

Vaqnerin Rusiya Ordusunun qərargahına girişi QADAĞAN EDİLDİ


Rusiyanın “Vaqner” mühafizə şirkətinin yaradıcısı Yevgeni Priqojin şirkət nümayəndəsinin Rusiya ordusunun qərargahına girişinə qadağa qoyulduğunu bildirib.

Newscenter.az trthaber-ə istinadən verdiyi xəbərə görə, “Kreml aşpazı” kimi tanınan Priqojin bu barədə şirkətinin “Konkord” adlı sosial media hesabında açıqlama verib.

Təcili sursatın ayrılması üçün martın 5-də Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyat” bölmələrinin komandirinə məktub yazdığını qeyd edən Priqojin, “Martın 6-da saat 08:00-da nümayəndəmin giriş kartı qərargah ləğv edildi və onun bölmənin qərargahına daxil olmasına qadağa qoyuldu” deyə sözlərinə əlavə edib.

Priqojin bəyan edib ki, onlar Bəhmut yaxınlığında Ukrayna Silahlı Qüvvələrini məhv edirlər. Vaqner Rusiya ordusunun onlara sursat vermədiyini də iddia edib.

Mehman
Xəbəri paylaş