Yeni Azərbaycan Partiyasında kəmiyyət məsələsindən daha çox keyfiyyət məsələsinə diqqət yetirilməsi başlıca tapşırıq kimi qarşımıza qoyulub.
Newscenter-az xəbər verir ki, bu fikirləri YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov səsləndirib. Rayon təşkilatının sədri Cənab Prezident İlham Əliyevin də YAP-ın sonuncu qurultayında bu məsələyə xüsusi diqqət yetirdiyini vurğulayıb.
Vüsar İsmayılov partiyada bəzi problemlərin olduğunu da deyib. O bildirib ki, bəzi partiya təmsilçiləri üzvlük haqqını belə ödəməkdən yayınır, yaxud imtina edir:
"Yaxud bəzi üzvlər var ki, partiyanın adını belə dürüst şəkildə ifadə edə bilmirlər".
Vüsar İsmayılov bu günə qədər partiyanın nizamnaməsinə uyğun fəaliyyət göstərməyən yüzlərlə şəxsin YAP-dan uzaqlaşdırıldığını və onlardan da 3 nəfərin Binəqədi rayon təşkilatından olduğunu diqqətə çatdırıb.
Mehman