Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Azərbaycanın kifayət qədər müttəfiqləri var -ÖZƏL

Bu gün Azərbaycanın kifayət qədər müttəfiqləri var


"Bu gün Azərbaycanın kifayət qədər müttəfiqləri var. Bu sırada qardaş Türkiyəni, Pakistanı, İsraili qeyd etmək mümkündür. Eyni zamanda Azərbaycan hazırda Qoşulmama Hərəkatının sədri kimi bu təşkilat daxilində özünə güclü müttəfiq formalaşdırıb. Ona görə də İran Azərbaycana qarşı daha sərt addımlar ata bilməz".

Bu fikirləri Newscenter.az-a pilitoloq Turan Rzayev səsləndirib. O bildirib ki, Tehran Azərbaycana qarşı hər hansı sərt addım atarsa və müharibəyə meyilli olarsa, o zaman İrana qarşı istər Türkiyə, istər Pakistan, istərsə də İsraildən adekvat cavab gələcək:

"Həmçinin, müsəlman ölkələrin əksəriyyəti bu gün İranla gərginlik vəziyyətindədir. Yəni, İranın Azərbaycana qarşı hər hansı bir səhv addımı müsəlman aləmində də Tehrana qarşı bir koalisiyanı formalaşdıra bilər".

Mehman
Xəbəri paylaş