Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya XİN-dən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Rusiya XİN-dən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ


Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Azərbaycanı münasibətlərin normallaşmasına dair danışıqları bərpa etməyə çağırıb.

Newscenter-az xəbər verir ki, "Report"un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, sülh prosesinə alternativ yoxdur.

M.Zaxarova Bakı ilə İrəvanı nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və s. kimi məsələlər daxil olmaqla, bütün istiqamətlər üzrə danışıqlar aparmağa çağırıb.
Xəbəri paylaş