Fransada günlərlədir davam edən etiraz aksiyalarına artıq güc strukturları da dəstək verir. Newscenter.az haber7.com-a istinadən bildirir ki, ölkənin cənubundakı Nitsa şəhərində pensiya islahatına qarşı keçirilən nümayişə polislər də qoşulub.
İslahat əleyhdarları yerli vaxtla saat 10:30-da Nitsanın Promenade des Anglais küçəsində toplaşaraq Massena meydanına doğru yürüş ediblər.
Nümayişçilər arasında onlarla polis, o cümlədən yanğınsöndürənlər, ictimai və səhiyyə işçiləri və müəllimlər də olub.
Etitraz aksiyasında 20 min nəfərin iştirak etdiyi bildirilir.
Mehman