İran İslam Əməkdaşlıq Təşkilatını Fələstindəki son hadisələri müzakirə etmək üçün təcili toplaşmağa çağırıb.
Newscenter.az İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən bildirir ki, bu məqsədlə prezident İbrahim Rəisi İndoneziya prezidenti Coko Vidodo ilə telefonla danışıb.
İbrahim Rəisi İsrailin Məscidül-Əqsaya basqını və Fələstindəki son hadisələrə diqqət çəkərək, İsrailə qarşı mübarizəyə çağırıb.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasının çağırılmasını təklif edən İran prezidenti “Fələstin xalqını müdafiə etmək və İsrailin törətdiyi cinayətlərə cavab vermək lazımdır” deyə bildirib.
Mehman