Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qidadan zəhərlənən şagirdlər xəstəxanadan evə buraxılıb

Qidadan zəhərlənən şagirdlər xəstəxanadan evə buraxılıb


Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin qidadan özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım briqadası tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 6 şagirdi müvafiq müayinə və müalicə prosedurundan sonra evə buraxılıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsi yayıb.

Qeyd edək ki, bu gün paytaxtın 20 saylı məktəb-liseyində bir qrup şagird təhsil müəssisəsinin bufetində yemək yedikdən sonra özlərini pis hiss ediblər.

R.Mehdiyeva
Xəbəri paylaş