Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə və yerli media nümayəndələri üçün azad edilmiş ərazilərə media-tur təşkil olunub

Türkiyə və yerli media nümayəndələri üçün azad edilmiş ərazilərə media-tur təşkil olunub


Aprelin 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaq məqsədilə bir qrup Türkiyə və yerli media nümayəndələri üçün növbəti media-tur təşkil edilib.

Bu barədə Newscenter.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində ilk olaraq media nümayəndələri azad edilmiş ərazilərin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə qarşılıqlı əlaqədə minalardan təmizləmə prosesini və qardaş Türkiyənin istehsalı olan MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) mühəndis texnikasının praktiki tətbiqini izləyiblər.

Media nümayəndələrinə məlumat verilib ki, Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən Vətən müharibəsindən bu günədək Müdafiə Nazirliyinin mühəndis bölmələri tərəfindən 29000 hektaradək ərazi təmizlənmiş, erməni hərbçiləri tərəfindən basdırılmış 23230 ədəd mina, eləcə də döyüş əməliyyatlarından qalma partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Media-tur çərçivəsində media nümayəndələrinə artilleriya bölmələrinin nümunəvi döyüş hazırlığı məşğələsi də nümayiş etdirilib

Media nümayəndələri hərbi qulluqçuların fəaliyyətini izləyib, çəkilişlər aparıb və hərbçilərdən müsahibələr götürüblər.

Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunmuş ərazilərdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

Mehman
Xəbəri paylaş