Türkiyənin Adana vilayətində bədbəxt hadisə yaşanıb. Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, vilayətin Saimbəyli rayonunda sürüşmə nəticəsində qaya parçası yolda hərəkət edən avtomobilin üzərinə düşüb. Hadisə zamanı avtomobildə olan 4 müəllim həlak olub.
Müəllimlər məktəbdəki dərslərindən sonra yaşadıqları Feke rayonuna qayıdırlarmış. Baş vermiş hadisə ilə əlaqədar olaraq Tufanbəyli-Saimbəyli-Feke yolunun 71,6-cı kilometrliyində nəqliyyatın hərəkəti qadağan olunub.
Mehman