Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaponiya Bayraktar almağa qərar verdi -ÖZƏL

Yaponiya Bayraktar almağa qərar verdi


Yaponiya "Bayraktar" TB2 Pilotsuz Uçuş Aparatı (SİHA) ilə bağlı qərarını verib.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, Tokio "Bayraktar" TB2-ni sınaq məqsədilə istifadə edəcək. Bu qərarın Ukrayna və Qarabağ müharibələrində qazanılan uğurlardan sonra verildiyi bildirilir.

Yaponiya mətbuatının verdiyi məlumata görə, bu ölkənin Müdafiə Nazirliyi 2023-cü maliyyə ili büdcəsi çərçivəsində "Bayraktar TB2" nı sınaq məqsədi ilə almağı qərarlaşdırıb. Alınacaq pilotsuz uçuş aparatları Yaponiya Quru Qüvvələri tərəfindən sınaq uçuşlarına cəlb olunacaq.

Mehman
Xəbəri paylaş