Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan bayrağını yandıran erməni vandalı polisə aparılıb, cinayət işi başlanıb

Azərbaycan bayrağını yandıran erməni vandalı polisə aparılıb, cinayət işi başlanıb


Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağını yandıran erməni vandalı Aram Nikolyan polisə aparılıb.

Newscenter.az-ın məlumatına görə, “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə vəkil Aleksandr Koçubayev sosial şəbəkədə məlumat verib.

“Nikolyan Malatya polis şöbəsinə gətirilib. İlkin məlumatlara görə, xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb”, - Koçubayev yazıb.

Xatırladaq ki, Nikolyan təntənəli mərasim zamanı bayraqdarın əlindən Azərbaycan bayrağını qoparıb yandırıb, daha sonra onunla birlikdə səhnədən qaçıb.
Xəbəri paylaş