"İrəvanda keçirilən beynəlxalq idman yarışında Azərbaycan bayrağına və idmançılarına qarşı baş verənlər bu qəbilə ilə sülhün, birgəyaşayışın mümkün olmayacağını göstərir".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yalçın Hacızadə səsləndirib. O bildirib ki, Ermənistanda kimin əli, kimin çibindədir bəlli deyil:
"Ölkə karvansara qapısı kimidi. İstənilən maraqlı qüvvə əlinə çomağını alıb, gəlib müəyyən ərazidə oturub, nəzarət etdiyini deyir. Avropa İttifaqı missiyası, Rusiya hərbi qüvvələri, Amerikanın Ermənistandakı səfirliyindəki qüvvələr, İranın Ermənistanın sərhədlərinin dəyişilməsinə imkan verməyəcəklərinə dair bəyanatı buna sübutdu. Yəni Ermənistan haqqında başqaları daha çox qərar verəcək imkanda və gücdədir".
Politoloq qeyd edib ki, dövlət və hakimiyyət maraqları da bir-birinə qarışıb. Yəni hakimiyyət üzvləri arasında hərci – mərcilik hökm sürür, vahidlik yoxdur:
"Beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması, idmançılarımıza qarşı münasibət də elə onu göstərir. Yarışda bayrağımızın yandırılmasından Paşinyanın əvvəlcədən xəbərdar olduğunu hesab etmirəm. Amma hansısa qüvvələr onun pis vəziyyətə düşməsini gözə alacaq qədər güclüdür. Hakimiyyət daxilində Paşinyanın iradəsi əleyihə baş verənlər, eyni zamanda onun özünün təhlükəsizliyinin də təhlükə altında olduğunu göstərir.
Bütün bunlar da onun hansısa qüvvələrin istəyi əleyihə (bu sülh razılaşması da ola bilər) verəcəyi qərarda aradan götürülməsi ilə nəticələnə biləcəyini düşünməyə əsas verir. Ermənistanda bu təcrübədən də istifadə olunub da.
Yəni qısacası, Ermənistana kənar və regionda qalmaq istəyən qüvvələrin təsir imkanları, dövlət və hakimiyyət maraqlarının qarışması və erməni qəbiləsinin genetik irq və mədəni kimlik xüsusiyyətləri onlarla sülh əldə edə biləcəyimizə inamı yox edir".
Anar