“Ermənistan nə qədər vandal, nə qədər qeyri-insani hisslərə malik, yalnız nifrət hissi ilə yaşayan ölkə olduğunu bir daha sübuta yetirdi. Bu ölkədə ağırlıqqaldırma üzrə Avropa çempionatında bayrağımıza qarşı edilən hörmətsizlik həm də onu bir daha dünyaya sübut etdi ki, bu qəbilə, sürü tayfası ilə birgə yanaşı yaşamaq, hansısa formada əlaqələri bərpa etmək qeyri-mümkündür. Çünki ermənilərdə tarixən formalaşmış türkə qarşı düşmənçilik hissi bu gün də qalmaqdadır”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, Azərbaycan bayrağına qarşı təhqiredici hərəkətə yol verən erməni gəncin cinayət məsuliyyətinə cəlb edilməməsi və onun sərbəst buraxılması faktı Azərbaycana qarşı nifrət hissinin Ermənistanda dövlət siyasətinə çevrildiyini sübuta yetirir: “Hesab edirəm ki, bundan sonra Ermənistanda hansısa bir beynəlxalq idman, yaxud qeyri-idman yarışları, tədbirlərinin keçirilməsi qadağan olunmalıdır. Çünki bu ölkədə təşkil edilən hər hansı bir tədbirin iştirakçılarının təhlükəsizliyinə zəmanət yoxdur”.
Azərbaycanın müvafiq qurumlarının beynəlxalq idman federasiyalarına baş vermiş hadisə barədə müraciət etdiyini xatırladan Arzuman Muradlı əmin olduğunu bildirib ki, baş vermiş hadisəyə görə Ermənistana qarşı ciddi ölçü götürüləcək.
İctimai Birlik sədri onu da diqqətə çatdırıb ki, Azərbaycan heç vaxt idman yarışlarını siyasiləşdirməyib, torpaqlarımızın işğal altında olduğu dövrlərdə Bakıda keçirilən beynəlxalq yarışların iştirakçısı olan erməni idmançıların təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunub, onlara qarşı hər hansı bir neqativ hala yol verilməyib:
“Bunun ən bariz nümunəsi 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında qalib gəlmiş erməni idmançıya medalın Azərbaycan dövlət başçısı tərəfindən təqdim edilməsidir. Məlum olduğu kimi, Azərbaycan Prezidenti həmin vaxt erməni idmançıya medal təqdim etməklə yanaşı, həm də onu qazandığı uğura görə təbrik etdi. 2015-ci ildə keçirilən Avropa Oyunlarında Ermənistan idmançısına Bakıda insani münasibət göstərildiyi halda, dünən İrəvanda keçirilən Avropa çemiponatında Azərbaycan bayrağına qarşı hörmətsizlik, tərbiyəsizlik gördük. Bu tayfa, qəbilə sürüsü adicə bayrağımıza qarşı dözümlülük nümayiş etdirmir, idman yarışında təmsilçimiz uğur qazansa, o halda idmançımıza qarşı hücumun olmayacağına zəmanət yox idi. Ona görə də Azərbaycanın Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsi idmançılarımızın yarışı tərk edib ölkəmizə qayıtması barədə doğru qərar verdi”.
Mehman