Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər öz kimliklərini bir daha dünyaya bəyan etdilər

Ermənilər öz kimliklərini bir daha dünyaya bəyan etdilər


Ermənistanda keçirilən beynəlxalq idman tədbirində, Azərbaycan bayrağı yandırıldı. Bundan bir neçə gün öncə, dumanlı hava şəraitindən dolayı azaraq Ermənistan tərəfinə keçmiş əsgərimizin, yerlərdə qanlar içində döyülməsi görüntüləri yayıldı. Bu ermənilərin Azərbaycana və türklərə qarşı dəyişməz münasibətidir ki, artıq bunu anlamayan çox az adam tapmaq olar.

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, ermənilər bu hərəkətləri ilə öz kimliklərini bir daha dünyaya bəyan etdilər və hansıki, artıq bu kimi insanlıq xaricində olan hərəkətlərdən dolayı, dünyanın ciddi dairələrindən, Ermənistanın ünvanına qınaqlar gəlməyə başlayıb:

"Ölkənin siyasi rəhbərliyi, başda Pasinyan olaraq bu hərəkətlərdən dolayı, hüquq mühafizə orqanlarına müvafiq tapşırıqlar verilib. Bu o deməkdir ki, ermənilər ciddi səhvlərə yol veriblər və bu da onların savadsızlıqlarından irəli gəməsinin göstəricisidir".

Mehman
Xəbəri paylaş