Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması prioritet istiqamətlər kimi müəyyən edilməlidir -ÖZƏL

Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması prioritet istiqamətlər kimi müəyyən edilməlidir


"Azərbaycan diaspor təşkilatlarının və lobbiçilik institutlarının təkmilləşdirilməsi, fəaliyyətlərinin stimullaşdırılması prioritet istiqamətlər kimi müəyyən edilməlidir”.

Bu fikirləri Newscenter.az-a ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə böyük yük və məsuliyyət düşür:

"Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycanın diaspor təşkilatlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyətlərinin əlaqələndirilməsi, görülən işlərin keyfiyyətinin yüksəldilməsi sahəsində müstəsna rolu vardır. Əslində bu qurum mövcud zərurət nəzərə alınaraq yaradılıb. Bu istiqamətdə dövlət siyasəti xüsusilə təqdir olunmalıdır. Lakin beynəlxalq siyasətdə bu fəaliyyətin tənzimlənməsi istiqamətində bir sıra əlavə tədbirlərə ehtiyac olduğu diqqətə çatdırılır”.

Mehman
Xəbəri paylaş