Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“AzInTelecom” MMC Türkiyənin “Çekino Group” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“AzInTelecom” MMC Türkiyənin “Çekino Group” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC təqdim etdiyi informasiya təhlükəsizliyi xidmətləri sahəsinin genişləndirilməsi məqsədilə Türkiyənin qabaqcıl texnologiya şirkətlərindən biri olan “Çekino Group” ilə əməkdaşlığa başlayıb.

Newscenter.az xəbər verir ki, tərəflər arasında keçirilən görüşdə “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elxan Əzizov ilə “Çekino Group” şirkətinin baş direktoru Erol Yılmaz satış və əməkdaşlıq müqaviləsi imzalayıb.

Müqaviləyə əsasən, “Çekino Group” şirkətinə məxsus olan və “AzInTelecom” MMC-nin sistem əməliyyatlarının idarə edilməsində tətbiq edilən “Guardian” məhsulunun Azərbaycanda satışı və istifadəsini stimullaşdırmaq üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Şirkətin baş direktoru Erol Yılmaz bildirib ki, təhlükəsizlik və digər sahələr üzrə təklif etdikləri məhsul, xidmət və layihələr çərçivəsində müxtəlif ölkələrdə fəaliyyət göstərirlər. E.Yılmaz Azərbaycanda rəqəmsal transformasiya prinsipini mənimsəyən “AzInTelecom” MMC ilə əməkdaşlıq sayəsində yaxşı nəticələr əldə edəcəklərinə inandığını qeyd edib.

Qeyd edək ki, ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC-nin müştəriləri informasiya təhlükəsizliyinin auditi, konsaltinqi və kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.

Sevinc
Xəbəri paylaş