Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Beşiktaş"dan James Rodriguez müjdəsi -ÖZƏL

"Beşiktaş"dan James Rodriguez müjdəsi


Türkiyənin "Beşiktaş" futbol klubu "Olimpiakos"dan ayrılan James Rodriguezi komaandaya transfer etmək istəyir.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, kolumbiyalı ulduzun transferi ilə bağlı artıq danışıqlar başlayıb və qarşı tərəfdən kluba şad xəbər gəlib.

Kolumbiya mətbuatı da Türkiyə klubunun Rodriguezlə maraqlandığını yazıb. Hazırda bazar dəyəri 9 milyon avro olan kolumbiyalı futbolçu bu mövsüm Yunanıstanda 24 oyun keçirib. Ulduz oyunçu "Real Madrid", "Everton", "Al-Rayyan SC", "Banfield", "Porto", "Envigado", "Monaco" və "Bayern" kimi komandalarda da çıxış edib.

Oruc
Xəbəri paylaş