Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır


Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə (20 Yanvar dairəsindən Koroğlu metrosu istiqamətində birinci tunelin girişinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Newscenter.az-a Agentlikdən bildirilib ki, hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri-iş günlərində, aprel ayının 21-dən 22-nə keçən gecədən etibarən aprel ayının 23-ü saat 13:00-dək tətbiq ediləcək.

Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Sevinc
Xəbəri paylaş