Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sudanda sabitliyin yaranması məqsədilə hərəkətə keçdi.
Newscenter.az "Haber Global"a istinadən bildirir ki, Türkiyə prezidenti bu məqsədlə Sudandakı qarşı duran tərəflərlə telefon əlaqəsi yaradıb.
Prezident Ərdoğan Sudan Suverenlik Şurasının sədri general Əbdülfettah Əbdürrəhman əl-Burhan və Sudan Suverenlik Şurasının sədr müavini və Çevik Dəstək Qüvvələri komandanı Muhammed Hamdan Daqalo ilə ölkədəki vəziyyəti müzakirə edib.
Prezident Ərdoğan Sudandakı hadisələri qardaşlıq hissi ilə narahatlıqla izlədiklərini bildirib.
Tərəfləri münaqişələrə son qoymağa, qardaş qanının tökülməsinin qarşısını almağa və dialoqa qayıtmağa dəvət edən prezident Ərdoğan Sudanı cəmiyyətini də birliyi təmin etmək üçün lazımi addımları atmağa, təmas qapılarını bağlamamağa və problemləri ortaq şəkildə həll etməyə çağırıb.
Prezident Ərdoğan Türkiyə olaraq bu prosesdə qardaş Sudan dövlətinin və xalqının yanında olmağa davam edəcəklərini, mümkün vasitəçilik təşəbbüslərinə ev sahibliyi etmək də daxil olmaqla hər cür dəstəyi verməyə hazır olduqlarını bildirib.
Mehman