Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni diasporunun işini o qədər də şişirtmək lazım deyil -ÖZƏL

Erməni diasporunun işini o qədər də şişirtmək lazım deyil


"Erməni diasporunun işini o qədər də şişirtmək lazım deyil və sadəcə olaraq onların haqqında mif yaradılıb".

Bu fikirləri Newscenter.az-a ictimai-siyasi fəal Anar Salehoğlu səsləndirib. O bildirib ki, artıq dünya ictimaiyyəti Ermənistanın nəinki işğalçı dövlət olması reallığını, hətta qondarma soyqırım pərdəsi altında gizlənərək soyqırım həyata keçirdiyi faktını qəbul edir.

Anar Salehoğlu onu da deyib ki, "Xocalıya ədalət" kampaniyası gənclərin Azərbaycan diasporunun ən fəal hissəsi olduğunu da ortaya qoydu:

"Bu gün xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər də dövlətin diqqət və qayğısı sayəsində təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradırlar”.

Mehman
Xəbəri paylaş