Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Haylara gözdağı, Azərbaycan bayrağı -VAQIF ABDULLAYEV YAZIR

Haylara gözdağı, Azərbaycan bayrağı


Cənab Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində regionda baş verən proseslərə, o cümlədən Ermənistanın sülh təşəbbüslərini pozmaq cəhdləri və son təxribatları ilə bağlı çox mühüm və diqqətçəkən məsələlərə toxundu.

Ali Baş Komandan bölgənin və Ermənistanın nicatı üçün yeganə çıxış yolunun sülhdən keçdiyini və erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, Azərbaycanın ortaya qoyduğu 5 ana prinsipin sülh müqaviləsi üçün tək nizam olduğunu bir daha xatırlatdı.

Əslində Ermənistan Azərbaycanın masada olan prinsiplərinin məntiqi məzmunu ilə razıdır, ötən ilin oktyabrında Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul etməklə şərtləri qəbullanıb. Bu isə o deməkdir ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Bu siyasi qanunauyğunluq birmənalı olaraq rəsmi İrəvanın Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını təsdiqləyir.

Məsələ ondadır ki, Paşinayn hökuməti də bu gerçəyi qəbul edir.

Son aylarda baş verənlər və Cənab Prezidentin açıq mesajları da ona işarədir ki, Sülh açarı İrəvanın əlində deyil, kirli əllər bu qapını açmağa qoymur. Həmin ölkələr Farsizm və tarixi qətliamları üstlənmiş Fransa başda olmaqla, digər xain qüvvələrdir.

Rəsmi Bakı da məhz diplomatik jestlərlə həmin gücləri Ermənistanı fəlakətə sürükləməkdən yayınmağa çağırır.

Bölgədə ikibaşlı oyun oynayan və Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrini də “ağlını başına yığmağa” dəvət edir. “Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın”.

Dövlətimizin başçısı İrəvanı öz ağlı ilə hərəkət etməyə, kənar güclərin maşası olmağın sonunu düşünməyə dəvət edir.

Xankəndində gizlənərək varlığını hələ ki, sürdürən rejimə isə mesajı qon atəşindir, onların iki seçimi var: Ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Cənab Prezidentin “təlxəklər toplusu” adlandırdığı bu separtaçılara xislətlərinə və xarakterlərinə uyğun ritorika ilə xitab edərək təlxəklərin oyuncaq alət kimi istifadə edilməsini nəzərlərinə çatdırdı. Bu cür məxluqatları “əhilləşdirmək” isə Azərbaycanın əlində su içmək kimi bir şeydir.

Ali Baş Komandan bunun siyasi düsturunu da masada və hərb meydanında cızdığını yada saldı. Ermənistan rəhbərliyi Azərbaycanın sarsılmaz qətiyyəti və gücü qarşısında “A” deməyə necə məcbur olubsa, “B”-ni ifadə etməkdən də qaça bilməyəcək, sonda “B”-ni də deməyə məcbur olacaq.

B planı əslində Xankəndindəki sadə ermənilərin də qəbul etdiyi düsturdur, onlar da İlham Əliyevin dedikləri ilə həmrəydirlər, böyük bir hissəsi Azərbaycan pasportunu daşımaq üçün "ASAN Xidmət"in qapısını döyəcəkləri günü gözləyirlər.

Prezident İlham Əliyevin İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın Dövlət Bayrağının yandırılması ilə bağlı vandallıq aktına münasibəti də orijinal və əsil müdrianə təsir bağışladı. Bildirdi ki, bu, Ermənistan hökumətinin növbəti çirkin əməlidir. Ermənistanın siyasi rəhbərliyinin gözü önündə belə bir rəzil hadisə baş verir və buna heç bir reaksiya verilmir. Deməli, onlar bu çirkin əməlin müəllifidir. Ancaq onlar yaxşı fikirləşsinlər. Bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər.

Bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. Bunu İrəvan və havadarları unutmasın.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş