“İranın hər hansı təxribatları, Ermənistanla birlikdə ölkəmizə qarşı eyni cərgədə durması Azərbaycan dövlətini öz yolundan döndərə bilməyəcək. İstər Kuzey Azərbaycan, istərsə də Güney Azərbaycanın varlığı güclənəcək və Güney Azərbaycanla birlikdə regionda yeni bir güclü Azərbaycan Türk dövləti yaranacaq”.
Bu fikirləri Newscenter.az-a Bütöv Azərbaycan Ocaqlarının (BAO) sədr müavini Faiq Qəzənfəroğlu səsləndirib. BAO rəsmisi deyib ki, hazırda proseslər ona doğru gedir:
“İran adlanan dövlət nə etməsindən asılı olmayaraq bu prosesin qarşısını ala bilməyəcək. Artıq elə bir mərhələdəyik ki, Azərbaycan dövləti olaraq bu prosesdən daha uduşlu, daha karlı çıxmağı hədəfləmişik. Bizim əsas məqsədimiz budur”.
Anar