Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran Azərbaycana qarşı total metodla müxtəlif cür zərbə vurub

İran Azərbaycana qarşı total metodla müxtəlif cür zərbə vurub


Azərbaycan hüquq-mühafizə orqanları ölkədə cürbə-cür ziyankar pozucu əməllər, təxribatlar törəməyə hesablanmış və fürsət düşən kimi də törədən İran şəbəkələri üzvlərini davamlı halda həbs edib, zərərsizləşdirirlər. Demək olar ki, hər gün bu təhlükəli şəbəkələrin onlarla üzvü həbs edilir. Və zərərsizləşdirmə prosesi sürəkli olaraq davam edir. Görünür, hələ, xeyli iş aparılmalıdır.

Görünür ki, dövlət, cəmiyyət və xalqın əleyhinə fəaliyyətdə olan bu şəbəkələr və üzvlərinin sayı o qədər çoxdur ki, ölkənin demək olar ki bütün güc strukturları, DTX, DİN, Sərhəd qoşunları və çox yəqin ki, kəşfiyyat, əks-kəşfiyyat qurumları bu, geniş və ciddi prosesə qoşulmuş. Belə çıxır ki, torpaqları erməni işğalçılarından təmizləmə mübarizəsi qədər də cəmiyyətimizi İran şəbəkə sistemindən təmizləmə mübarizəsi tələb edilib.

Bu ziyankarların say çoxluğunu kim görmürdü? Onların sistemli təşkilatlanması, kütləvi və ifrat, radikal nümayişləri, dini-siyasi tipli mərasimləri, sosial şəbəkələrdəki söyüş-təhdidli hücumları görünmürdümü? O, yüz minlər içində bu, həbs edilən bir neçə yüz sayda pozucu, təxribatçı və ya casusun olması nə təəccüblüdür? Tutulanlar da hələ ilkin təqsirləndirilən qismində saxlanılır, istintaq-mühakimə gedişində təqsiri ayırd olur.

Bir də ki, bu həbs əməliyyatlarının qanuniliyini şübhələri tez-tez, mənə də yazmaqla, Tərtər işi məsələsində, günahsızların həbsi ilə müqayisə aparırlar. İran tərəfdən qəsdən ortaya atılan və qərəzli və yersiz müqayisədir. Bəli, o işdə hətta cinayət tərkibli qüsurlar var. Və o məsələni tam ixtisaslı kimi, digər araşdırmaçılardan da, daha dərin və qərəzsiz təhqiq etmiş şəxs əminliyi ilə deyim, zaman və ardıcıllıqla bütün təqsirkarlar, (bütün!!) tam üzə çıxarılıb, cəzalarını alacaqlar!

Ancaq Tərtər işində qüsurlar var deyə, indi bu, vətənə təhlükəli İran təxribatçıları işini küləyə- küyə buraxıb, imkan verilməlidirmi ki, daha da əl-qol atıb, güclənsinlər? Sabah, bu "potensial, mina" hansısa çətin anda partlasa, nə olacaq?! Lap, elə İranın özü ilə Allah etməmiş müharibə başlasa, bunlar fürsətlənib ayağa qalxıb təqlid üzrə, ölkədə içəridən qırğın, diversiya, terrorlar törətsə demərikmi, vay, kaş bunları bir az öncə yığışıb zərərsizləşdirəydik?! Budur bax, məsələ!

Bir qonşu ölkənin hakimiyyət rejimi ki, bizim ən çətin 44 günlük müharibə dövrümüz, nə qədər dövlətli-cəmiyyətli müraciətlər etsək də etməni işğalçıya açıq, təkidli inadla ağır silahlar ötürdü ki, Azərbaycan əsgərlərini vursun qırsın, açıqca bizim məğlubiyyətimzi istəsin, belə rejimdən və onun ölkəmizdəki xidməti "çetesindən" təhlükə gözləməli deyilikmi? Dövlətin borcu deyilmi, bu təhlükələri bir an əvvəldən ləğv etməli deyilmi? Bu axı, açıqca ümumilli təhlükəmiz məsələsidir!

Bu illərdə İran Azərbaycana qarşı total metodla müxtəlif cür, "haradan gəldi" zərbə vurub: istər, erməni işğalçıya müharibədə açıq dəstək, istər, cəmiyyəti, gənclıyi narkotik və ya dini xurafatla zəhərləmə ilə deqradasiyaya uğratma, istər, din adı altında qurduğu cəsus, təxribat şəbəkələrin dövlətə qarşı terror təxribat, çevriliş təhlükələri, "Fərmandeh, Hüseyniyyum" yaratmaqla və sair.

Bunlar, bu yeni sort "Xomeynizm şiələri" bütün ölkəni götürüblər. Əsl normal şiəlikdən tutmuş, bütün (sünni qarışıq) dini mühiti və hətta qeyri dini mühiti, zonları, toyu-yası, sosial şəbəkələri, gəncliyi, cəmiyyəti təhdidə alıblar, bu neçə illər. Əllərindən gələn mənfiliyə yönəldibər insanları.

Təsəvvür edin ki, İran oradan 44 gün müharibə dövrü erməniyə açıq, silah ötürür, əsgərlərimizi qırdırırdı, buradan isə, şəbəkəsinə əmr edirdi ki, o, qırdırdığı şəhid əsgərlərin dəfnində irəli çıxıb, sahiblik edib, ağlaşma qurub, mərsiyə desinlər, üstəlik də, Xomeynizm təbliğatlarını aparsınlar. Belə həyasız artistlik harda görünüb, dünyada? Belə xarici müdaxilə, təsir, təzyiq harınlığı olur?!

Bütün bu, real arqument və əsaslarla, İranın bu mövqeyni və onun da, Azərbaycandakı təxribat şəbəkələrini milli mənafemiz, ictimai sabitlik və dövlət suverenliyimizə çox ciddi təhlükə hesab edirəm. Və bu cür şəbəkələrə, bütün, İranyönlü təxribatçılara qarşı aparılan, prosessual qaydali istintaq-əməliyyat tədbirlərini ölkəmizdən ötrü vacib qaçılmaz sayıram. "Başqa yolu yox, artıq".

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş