Ölkədə hüquqi sahədə həyata keçirilən islahatlar bu sahəyə marağı daha da artırıb. Xüsusilə, vəkillik fəaliyyətinə. İl ərzində vəkillik fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sayında qeydə alınan artım belə deməyə əsas verir. Bəs görəsən kimlər vəkil ola bilərlər?
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova Newscenter.az-a deyib ki, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs vəkil ola bilər:
“İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli pozuntularına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil ola bilməzlər”
İnqilab