Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiyev: "Aldığımız Patriot raketləri ballistik hədəfləri vurmaq imkanımızı artırır" -ÖZƏL

Kiyev: "Aldığımız Patriot raketləri ballistik hədəfləri vurmaq imkanımızı artırır"


Ukraynanın Amerika və Avropa ölkələrindən aldığı "Patriot" hava hücumundan müdafiə sistemləri ballistik hədəfləri vurmaq imkanımızı artırır.

Newscenter.az-ın trthaber-ə istinadən verdiyi xəbərə görə, bu fikirləri Ukraynanın müdafiə naziri Oleksii Reznikov səsləndirib. Çoxsəviyyəli hava və raketdən müdafiə sistemlərinin ən qısa zamanda əldə edilməsinin onların prioritetlərindən biri olduğuna diqqət çəkən Reznikov, "Bu, şəhərlərimizi, kritik infrastrukturumuzu və insanlarımızı qorumaq deməkdir" deyə vurğulayıb.

Reznikov bildirib ki, Almaniya, Hollandiya və ABŞ-ın Ukraynaya tədarük etdiyi “Patriot” hava hücumundan müdafiə sistemləri, eləcə də Polşa və Slovakiya tərəfindən tədarük edilən MiQ-29 təyyarələri Ukraynanın həm Rusiya raketlərinə, həm də İran pilotsuz təyyarələrinə qarşı müdafiəsini gücləndirəcək.

Mehman
Xəbəri paylaş