Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Oman sultanı Ərdoğanı təbrik edib -ÖZƏL

Oman sultanı Ərdoğanı təbrik edib


Oman Sultanı Heysəm bin Tariq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ramazan bayramı münasibətilə təbrik edib.

Newscenter.az "Haber Global"a istinadən bildirir ki, Oman sultanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana bayram təbrikini telefon danışığı zamanı çatdırıb.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsindən iki ölkə liderinin telefon danışığı barədə verilən bilgidə qeyd edilir ki, telefon görüşməsində Türkiyə-Oman əlaqələrini inkişaf etdirməyin mümkün perspektivləri, eləcə də regional məsələlər müzakirə edilib.

Mehman
Xəbəri paylaş