Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Parisdə etirazçılar qatar stansiyalarını ələ keçirdilər -ÖZƏL

Parisdə etirazçılar qatar stansiyalarını ələ keçirdilər


Fransada pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyalarının əhatə dairəsi və say tərkibi hər ötən gün bir qədər də genişlənir.

Newscenter.az haber7.com-a istinadən bildirir ki, aprelin 20-də Paris küçələrinə çıxan etirazçılar bu dəfə Fransa paytaxtındakı qatar stansiyaları, dəmir yolu vağzallarına basqın edib, sərnişin və yük qatarlarının hərəkətinə mane olublar. Çoxlu sayda nümayişçi həmkarlar ittifaqı pankartları ilə Parisdəki Gare du Nord binasına hücum edib.

Qeyd edək ki, Fransada martın 16-da hökumətin pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsindən sonra kütləvi nümayişlər başlayıb. Martın 16-dan bəri ölkə boyu keçirilən etiraz aksiyalarında 1000-dən çox adam saxlanılıb.

Mehman
Xəbəri paylaş