Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Partiya sədri Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Partiya sədri Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.


Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bu gün Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Newscenter.az partiyaya istinadən bildirir ki, İdarədən zəng edən əməkdaş Anar Əsədliyə xırda bir məsələni dəqiqləşdirmək üçün onun bir neçə dəqiqəlik idarəyə gəlməsini xahiş etsə də, Anar Əsədli 6 saatdan artıqdır orada saxlanılır.

"İndiyədək özü ilə əlaqə saxlamaq mümkün olmayıb. İdarədən də bizə hər hansı məlumat verilmir".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev isə bildirib ki, Anar Əsədli istintaq hərəkətləri ilə əlaqədar baş idarəyə dəvət edilib. Yaxın dəqiqələrdə buraxılacaqdır.

Mehman
Xəbəri paylaş