Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın məqsədi nədir? -ÖZƏL

Paşinyanın məqsədi nədir?


Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını Ermənistanda yerləşdirməyə hazır olduğunu bildirib. Dünənə qədər KTMT-dən çıxmağı belə götür-qoy edən Ermənistan rəhbərliyinin indiki halda mövqeyinin qəti şəkildə dəyişməsinin səbəbi nədir?

Məsələ ilə bağlı fikirlərini Newscenter.az-a bölüşən politoloq Arzuman Muradlı deyib ki, Paşinyan Avropadan gözlədiyi dəstəyi ala bilmədiyi və Ermənistana yerləşdirilmiş mülki missiyanın İrəvanın maraqlarına cavab verən hansısa addımlar atmadığını görərək belə bir mövqe dəyişikliyi edib:

“Digər tərəfdən Paşinyan bir daha əmin oldu ki, cinin canı şüşədə olduğu kimi, Ermənistanın da ümid yeri, sığınacaq məkanı Rusiyadır. Rusiyadan ayrılmaq, Kremlə xəyanət etmək Paşinyan üçün ağır nəticələrə səbəb ola bilərdi”.
Politoloq qeyd edib ki, son günlər hakimiyyəti üçün ciddi təhlükənin yaranması da erməni baç naziri Rusiyaya üz tutmağa, KTMT barədə Kremlin xoşuna gedən bəyanatlar səsləndirməyə vadar edib:

“Paşinyan yaxşı anlayır ki, indiyə qədər Ermənistanda baş verən bütün hakimiyyət dəyişikliklərinin ssenarisi Kremldə hazırlanıb və icra edilib. Ona görə də erməni baş nazir Moskvanın əlinə belə bir şans vermək istəmir”

Mehman
Xəbəri paylaş