Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya yeni səfərbərliyə hazırlaşır? -ÖZƏL

Rusiya yeni səfərbərliyə hazırlaşır?


Ukraynaya Birləşmiş Ştatlar və Avropanın güclü hərbi dəstəyi fonunda Rusiyanın da yeni bir səfərbərlik elan edəcəyi barədə fikirlər səslənir. Hətta yaxın günlərdə bununla bağlı müvafiq sənədin imzalanacağı da iddia olunur. Bəs, görəsən yeni bir səfərbərlik Rusiyanı düşmüş olduğu durumdan çıxara biləcəkmi? Yaxud sadə ruslar bunu necə qarşılayacaq?

Newscenter.az-ın xəbərinə görə, politoloq Azər Qasımovun qənaətincə, yeni səfərbərlik üçün Rusiyanın insan resursu olsa da, hərbi resursları yoxdur:

"Bu səfərbərlikdəki çətinliklər göz önündə idi. Məğlubiyyətə yaxın durumda daha bir səfərbərliyi Rusiya qaldıra bilməz. Bunun üçün səfərbərlikdən yayınma hallarını azaltmaq məqsədi ilə onlayn çağırış üsuluna keçildi və çağırışa gəlməyənlərin bütün hüquqlarının əllərindən alınması planlaşdırılır. Kredit götürməkdən, ölkədən çıxışına qadağa qoyulmasına, cinayət işi açılmasına kimi".

Politoloq hesab edir ki, Rusiya yeni səfərbərlik adı altında mükəlləf vətəndaşları təzyiq və qorxu altında saxlamaq istəyir:

"Yəni, mümkün Ukrayna məğlubiyyəti durumunda onlar küçələrə çıxıb etiraz edə bilməsinlər".

Mehman
Xəbəri paylaş