Türkiyənin məşhur “Aşk-ı Memnu” serialında Süleyman Əfəndi obrazı ilə Türkiyədə məşhurlaşan Rana Cabbar 78 yaşında dünyasını dəyişib.
Newscenter.az "Haber Global"a istinadən bildirir ki, bu barədə mərhum aktyorun menecerlik agentliyi olan Sökmen Menecerlik İdarəedici Agentliyi məlumat yayıb.
Məlumat üçün qeyd edək ki, Rəna Cabbar 1945-ci ildə İstanbulda anadan olub. Sonrakı illərdə Ankarada məskunlaşdı və Ankara İncəsənət Teatrının yaradılmasında iştirak edib. O, teatrla yanaşı, kinoda da çalışıb.
Aysel