Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov bu gün Ağdaş rayonunda Uşaq-gənclər idman-şahmat məktəbinin voleybol bölmələrində (2007-2008, 2009-2010, 2014-2015-ci il təvəllüdlü) məşq edən uşaqlarla və məşqçilərlə görüşüb.
Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, Federasiya rəhbəri burada voleybol qruplarının məşqlərini izləyib, ölkədə voleybolun inkişafı istiqamətində görüləcək işlərdən danışıb.
Sonda Ş.Bağırov idmançılara uğurlar arzulayıb və onlarla xatirə şəkli çəkdirib.
Oruc