Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində Gürcüstanda da bir sıra tədbirlər təşkil olunub. Newscenter.az xəbər verir ki, belə tədbirlərdən biri qonşu ölkədə fəaliyyət göstərən "Alyans" Gənclər Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.
Belə ki, sözügedən Mərkəzin təşkilatçılığı və təşəbbüsü ilə Tbilisidəki Botanika bağında, azərbaycanlıların panteonunun yaxınlığında ağacəkmə aksiyası keçirilib. Aksiyada Azərbaycan Respublikasının Milli Məclisinin sədr müavini Adil Əliyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və digər rəsmi şəxslər iştirak edib.
=]
Anar