Cənab Prezidentin Ulu Öndər Heydər Əliyevin yubileyi günündə Şuşadan müraciətinin siyasi, tarixi və mənəvi əhəmiyyəti var.
Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Akşin Əliyev səsləndirib. O bildirib ki, dövlət başçısının müraciətində Azərbaycanın keçdiyi tarixi yola bir daha ekskursiya olundu və bu gün heç kimdən asıllı olmayan, müstəqil siyasət yürüdən güclü Azərbaycanın olduğu vurğulandı:
"Bu gün Azərbaycanda təhlükəsizlik tam təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür, sabitlik davam edir. Faktiki olaraq dünyanın hər yerində müharibələrin, vətəndaş qarşıdurmalarının, lokal münaqişələrin hökm sürdüyü bir məqamda Azərbaycan isə sözün əsl mənasında sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük nailiyyətdir və biz bu nailiyyətimizi göz bəbəyimiz kimi qorumalıyıq. Milli müstəqilliyimizi, dövlət müstəqilliyimizi qorumalıyıq. Çünki müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir".
Anar Əliyev