Niderlandın administrativ paytaxtı Haaqa şəhərində hər il təşkil edilən 4 günlük Turkuaz festifalinda Azəbaycan da təmsil olunub.
Bu barədə məlumat Newscenter.az-a “Ana Vətən” Avropa Azərbaycanlıları qadınlar birliyinin mətbuat xidmətindən daxil olub.
Ölkəmiz festivalda “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasi Diasporla İş üzrə Dövlət Komitəsinin və Niderlanddakı Azərbaycan səfirliyinin dəstəyi ilə Azərbaycan stenti və Azərbaycan musiqiləri ilə təmsil olunub.
Stentdə Azərbaycanın tarixinə mədəniyyətinə aid məlumatlarla yanaşı, Ulu öndər Heydər Əliyevin 100 illik yubilieyi ilə baglı sərgi də qonaqlara təqdim edilib.
Turkuaz festivalinda Azərbaycan musiqisini Televiziya Mugam müsabiqəsinin qalibi Güllü Muradova, Azərbaycan Respublikasinin əməkdar artisti Xəyyam Məmmədov, Cavid Səlimov, İlkin Əlizadə, Bəxtiyar Eybaliyev təmsil ediblər.
Festivalın böyük səhnəsində Avropanin mərkəzində Güllü Muradovanin ifa etdiyi Qarabag mahnisi qurbətdə yaşayan Bütün Azərbaycanlıları bir daha qürurlandırıb.
NEWSCENTER.AZ