Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misirdə Azərbaycanla bağlı layihə həyata keçiriləcək -ÖZƏL

Misirdə Azərbaycanla bağlı layihə həyata keçiriləcək


Misirdə Azərbaycanla bağlı yeni bir layihə həyata keçiriləcək. Bu barədə məlumat Newscenter-az-a Misirdə Azərbaycan Mədəniyyət Mərkəzindən daxil olub

Mərkəzdən verilən məlumatda bildirilib ki, "Discover Azerbaijan", "Azərbaycanı Kəşf Et!" layihəsinin həyata keçirilməsində məqsəd bu Yaxın Şərq ölkəsində Azərbaycanı daha yaxından tanıtmaq, misirlilər, Misirə səfər edən xarici vətəndaşlar arasında Azərbaycana maraq yaratmaqdır.

Layihə çərçivəsində Misirdə Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi barədə məlumatlar paylaşacaq. Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizin zəngin tarixi, mədəni abidələri barədə də bilgilər veriləcək.

Anar Əliyev
Xəbəri paylaş