Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

A.Puşkin adına Səmərqənd mərkəzi kitabxanasında Azərbaycan Fondu yaradılacaq

A.Puşkin adına Səmərqənd mərkəzi kitabxanasında Azərbaycan Fondu yaradılacaq


Cari ilin 31 may – 1 iyun tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan musiqisi günləri keçirilib.

Newscenter.az-a Mərkəzdən bildirilib ki, tədbir çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən A.S.Puşkin adına Səmərqənd regional kitabxana-informasiya mərkəzinə zəngin kitab kolleksiyası hədiyyə edilib. Kitabxananın oxu zalında Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hədiyyə olunan kitabların sərgisi açılıb və bir ay ərzində sözügedən nəşrlər sərgilənməsi nəzərdə tutulub.

İlk öncə Səmərqənd Səmərqənd regional kitabxana-informasiya mərkəzinin direktoru Zebinisa Şodieva ilə Azərbaycan Mədəniyyət Mərkəzinin Heydər Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov arasında görüş keçirilmiş, Səmərqənd kitabxana mərkəzi ilə Azərbaycan kitabxanaları arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin icrası, kitabxanada Azərbaycan fondunun yaradılması müzakirə edilmiş və bu barədə razılıq əldə olunmuşdur.

Sonra qonaqlar üçün kitabxanaya ekskursiya təşkil olunmuş, direktor Zebinisa Şodieva kitabxananın fəaliyyəti, onun informasiya təminatının həyata keçirilməsində rolu, oxucuların kitaba olan marağı, mütaliənin stimullaşdırılması məqsədi ilə görülən işlər barədə məlumat verib. O, kitabxananın bazasında elektron kataloq və elektron kitabxananın yaradıldığını qeyd edərək, oxucuların aktivliyi və mütaliəyə marağın yüksək olmasını xüsusi qeyd edib. Zebinisa Şodieva Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edildiyini və hər il Mərkəz tərəfindən Azərbaycana dair nəşrlərin kitabxanalarına hədiyyə olunduğunu bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın kitabxana fondlarında Azərbaycana dair nəşrlərin zənginləşdirilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini, bugünə qədər Azərbaycan Mədəniyyət Mərkəzu tərəfindən minlərlə kitabın Özbəkistan kitabxanalarına hədiyyə edildiyini qeyd edib. Rəhbərlik etdiyi Mərkəzin layihəsi ilə 100-dən çox adda Azərbaycana dair əsərlərin Özbək dilinə tərcümə edildiyini və Daşkənddə çap edildiyini qeyd edən Samir Abbasov Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan Fondunun təşkil edildiyini vurğulayıb. O, gələcəkdə Puşkin adına Səmərqənd regional kitabxana-informasiya mərkəzində Azərbaycan fondubun təşkil ediləcəyini bildirib.

Qeyd edək ki, Səmərqənd Vilayət Kitabxanası 1911-ci ildə yaradılmış, 1937-ci ildə isə rus şairi A.S.Puşkinin adı verilib. Hazırda Vilayət Mərkəzi kitabxanasının kitab fondu 650 minə nüsxə təşkil edir və hər il 37 mindən çox insan kitabxananın oxucusuna çevrilir, ümumilikdə kitab verilişi 700 min nüsxədən çoxdur.

Kitabxanada Almaniyanın Höte Mərkəzi tərəfindən Alman və Rusiya Səfirliyi tərəfindən Rusiya Fondu fəaliyyət göstərir.

Özbəkistan Respublikası Prezidentinin Sərəncamı ilə Səmərqənd Səmərqənd regional kitabxana-informasiya mərkəzi müasir səviyyədə qurulmuş, restavrasiya həyata keçirilmiş, informasiya texnologiyaları ilə yüksək səviyyədə təmin olunmuşdur.

R.Mehdiyeva
Xəbəri paylaş