Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kimlər Şuşada, Bakıda və əksər rayonlarda İran müəzzininin səsini verməkdə israrlıdır?

Kimlər Şuşada, Bakıda və əksər rayonlarda İran müəzzininin səsini verməkdə israrlıdır?


Ölkəmizin əksər məscidlərində iranlı müəzzin Səlim Müəzzinzadənin lent yazısı səsləndirilir əzan saatlarında. İranda din xadimlərinin hamısının kəşfiyyat orqanlarının əməkdaşları olduğunu heç kəsə gizli deyil. Mərhum Müəzzinzadə də zahirdə mərsiyyəxan idi və bütün müsəlman ölkələrinə, həmçinin Azərbaycana gəlir, Aşura və digər məclislərdə iştirak edirdi, tanış olurdu... Şübhə yox ki, o eyni zamanda Ocaq Nejad kimi öz dövlətinin kəşfiyyat, agentlik xidmətini həyata keçirirdi.

Azərbaycan dünyada ən gözəl səsli, avazlı xanəndələr, müəzzinlər yetirib. Əzan oxuyan kifayət qədər müəzzinlərimiz var. Hətta Alim Qasımov da əzan oxumuşdu, lent yazısı da var.

İndi, kimlər Şuşada, Bakıda və əksər rayonlarda öz əzan oxuyanlarımızın səsini yox, məhz İran müəzzininin səsini verməkdə israrlıdır?

Özü də o adam əzanı tamamilə yanlış, küfr səviyyəsində oxuyub. Həm sözləri təhrif edib, həm də ğina, dində haram sayılan zəngulə ilə boğaza salaraq oxuyub. Üstəlik də Allah kəlamını əsla əzana uyğun olmayan, qiraət qaydalarına zidd olan Zəminxarə üstündə oxuyub. O əzana ərəblər qulaq asanda sual edirlər ki, bu adam dinlə rişğənd edir? Ancaq bizdə camaat ərəbcə anlamadığı üçün səsin sehrinə düşüb iştahla o səsi dinləyirlər.
Cahil, savadsız, avam adamlar mahiyyətinə varmadan səsin ağlaşma, kövrək üslubuna uyub feyziyab ola bilərlər. Ancaq bilməzlər ki, bu əzan İranın bizim fil qulağında yatmağımız üçün çaldığı laylaydır. Hələ çox yatacağıq?
Bu nə deməkdir? Bir belə din xadimi, ilahiyyatçı yetişən ölkədə bir müəzzin yoxdurmu ki, normal bir qiraətdə əzan oxuya, məscidlərdən də onun səsini verələr?!

O gün video paylaşmışdılar Şuşadan. Paylaşan bilirəm ki, mahiyyətinə vara bilməzdi. Çünki belə incəlikləri hər adam anlamır. Videoda Şuşa məscidində səslənən əzan bu təhrif olunmuş, xarici vətəndaşın oxuduğu təxribatçı əzan idi.
Əzan ağlaşma üslubunda yox, nikbin notlarda oxunmalıdır. Din İranın təqdim etdiyi kimi digər məzhəbdən qisas almaq üçün əzabkeş roluna girmək aləti, qara matəm ənənəsi deyil.

Sübh əzanı, uzaqdan namaza gələnlər yuxudan qalxıb çatsın deyə uzun, axşam əzanı Məğrib namazının vaxtı az olduğu üçün nisbətən qısa oxunmalıdır. Günorta, Əsr, İşa əzanlarının oxunduğu Məqamlar var. Nəhavənd, Rast, Bəyyati, Hicaz məqamları və. s.

Bu nədir? Bir iranlı mərsiyyəxanın ağlaşma üstündə oxuduğu təhrif və təhqir olunmuş lent yazısını bütün ölkəyə yaymaqla nə demək istəyir həmin məscidin məsul şəxsləri?

Tural İrfan
Xəbəri paylaş