Türkiyəyə ayrılan əlavə 5 min viza ilə bu ölkədən Həcc ziyarətinə gedənlərin sayı 88 430 nəfərə çatacaq.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, bu barədə açıqlamanı Diyanət İşləri Başqanlığı yayıb. Qurumdan bildirilib ki, bu 2 illik koronavirus pandemiyasındən sonrakı dövrdə ən yüksək rəqəmdir. Ümumilikdə isə, 2023-cü il ərzində qəssab, texniki heyət və s. kateqoriyalardan olanlarla birlikdə 120 min Türkiyə vətəndaşının həcc ziyarəti etməsi nəzərdə tutulur.
Diyanət İşləri Başqanlığından o da bildirilib ki, 2,5 milyon nəfər isə həccə getmək üçün növbə gözləyir.
Mehman Mehdiyev