Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MİT qırmızı bülletenlə axtarılan Abdurrahman Çadırcını zərərsizləşdirib -ÖZƏL

MİT qırmızı bülletenlə axtarılan Abdurrahman Çadırcını zərərsizləşdirib


Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan terrorçu Abdurrahman Çadırcını zərərsizləşdirib.

Newscenter.az Türk mediasına istinadən bildirir ki, Çadırçı Suriyanın şimalındakı Kamışlı bölgəsində aşkar edilib və baş verən silahlı qarşıdurma nəticəsində PKK-nın əsas fiqurlarından olan Çadırcı məhv edilib.

Qeyd edək ki, İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda verilən Çadırcı PKK/KCK-nın sözdə məclisi üzvü hesab edilirdi.

Mehman Mehdiyev
Xəbəri paylaş