Siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Newscenter.az həmin təbriki təqdim edir:
Əziz həmvətənlər,
Sizi dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan mübarək Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Dünya müsəlmanlarının ən müqəddəs bayramlarından biri olan Qurban bayramı ölkəmizdə bu il də təntənə ilə qeyd edilməkdədir. İslamın humanizm və fəzilətinin təcəssümü olan bu müqəddəs bayrama hər zaman dövlətimiz tərəfindən böyük ehtiramla yanaşılıb. diqqətlə qarşılanıb. Milli-mənəvi dəyərlərimizi uca tutan və ehtiramla yanaşan Ulu öndər Heydər Əliyev Qurban bayramının dövlət səviyyəsində qeyd edilməsinə xüsusi diqqət ayırırdı. 1994-cü ildə Onun Səudiyyə Ərəbistanına səfəri zamanı Məkkə şəhərinə gəlməsi, müqəddəs Kəbəni ziyarət etməsi də adətlərimizə, dini inanclarımıza dərin hörmətin ifadəsi idi.
Heydər Əliyev Kəbə evində namaz qılıb Allaha dua edirdi ki, Qarabağ tezliklə işğaldan azad olunsun, biz öz doğma torpaqlarımıza qayıdaq. Onun duaları qəbul olunub və artıq 3 ildir ki, xalqımız Qurban bayramını ərazi bütövlütünü təmin etmiş Azərbaycanın hər bir nölgəsində, Qarabağda, Şərqi-Zəngəzurda qeyd edir. Bu gün Ulu öndərimizin ruhu şaddır.
Qurban bayramına öz dərin ehtiramını nümayiş etdirən Cənab Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva, ailə üzvləri də həmişə Qurban bayramının Qarabağda, Şuşada qeyd olunmasını dua edirdilər. Onların da arzu və niyyətləri qəbul olundu, Mehriban xanım vaxtilə Kəbədə olarakən götürdüyü müqəddəs kitabımız “Qurani-Kərim”i niyyət etdiyi kimi Qarabağdakı məscidlərimizə hədiyyə etdi.
Biz artıq 3-ci Qurban bayramını başqa bir sevinci və xoşbəxtliklə qeyd edirik, Qarabağda, Şəqri-Zəngəzurda, Kəlbəcərdə, Göyçə mahalının bir addımlığında qurbanlıq qoyunlar kəsilir.
Bu günləri bizə nəsib edən Rəbbimə şükürlər olsun!
Bu Müqəddəs Qurban bayramında əziz Şəhid Analarını və Bacılarını, onların ailələrini, cəsur qazilərimizi, bütün müsəlman dünyasını səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Bir daha Sizi bu mübarək bayram münasibətilə təbrik edir, möhkəm cansağlığı, xalqımıza əbədi sülh və əmin-amanlıq, daha güclü Azərbaycanda rifah içində yaşamağı arzulayıram.
Qurban Bayramınız mübarək olsun!
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki