Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər yenidən Azərbaycanın diaspor fəalı İlhan Aşkın barədə şikayət etdi -HƏBS EDİLƏ BİLƏR

Ermənilər yenidən Azərbaycanın diaspor fəalı İlhan Aşkın barədə şikayət etdi


Niderlanddakı Azərbaycan diaspor təşkilatı olan Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri, İlhan Aşkının işi yenidən ermənilərin şikayəti əsasında məkhəməyə çıxarılıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı "Birlik" jurnalının baş redaktoru İlqar İlkin verib. O bildirib ki, erməni mediasının yazdığına görə, Lahey məhkəməsinin qərarı ilə İlhan Aşkın 1000 evro məbləğində cərimə olunub, üstəlik iki aylıq həbs cəzasına məhkum ediləcək:

"İlhan Aşkının bu məhkəmə işi az qala on ilə yaxındır ki, davam edir. Bu davada onun yalnız qalınması əsla qəbuledilməzdir. Bu bir mücadilədir, vaz keçəməyəcəyimiz bir davadır. Kim özünü bu davanın adamı sayırsa, İlhan bəy kimi dava adamlarının yanında olmalıdır.

Xatırladım ki, 2014-cü ildə Hollandiyanın Almelo şəhərində təşkil edilmiş minitnqdə çıxışı zamanı İlhan Aşkın, "Qarabağ erməniyə məzar olacaq" şüarı səsləndirdiyinə görə erməni diasporu tərəfindən məhkəməyə verilib.
3 mart, 2017-ci ildə keçirilən məhhkəmədə dövlət ittihamçısının İlhan Aşkının 80 saat ictimai iş cəzası və 2 il müddətində bu hadisə təkrarlanarsa 2 həftə həbs cəzasına məhkum edilməsini istəsə də, 17 martda keçirilən məhkəmədə cəzalar iki qatına çıxarılıb".

İlqar İlkin deyib ki, Almelo şəhərinin daxil olduğu Overeysel vilayət məhkəməsinin sədri milliyyətcə erməni olan Takvor Avedisyandır:

"Burdan da görünür ki, ermənilər İlhan Aşkından qisas almağa çalışır. Onu yalnız buraxsaq, bu bizim üçün ən böyük utanc olar".

Anar Əliyev
Xəbəri paylaş