Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zaqatalada kirpi ovlayanlar saxlanılıb

Zaqatalada kirpi ovlayanlar saxlanılıb


Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Yevlax sakinləri Elçin Nadirov, Elşən Əliyev və Hüseyn Hüseynov saxlanılıblar.

Bu barədə Newscenter.az-a DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, onlardan kəsib satmaq məqsədilə ovladıqları çoxlu sayda kirpi və digər sübutlar götürülüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Mehman Mehdiyev
Xəbəri paylaş