"Hərbi qulluqçularımızın həlak olması xəbərindən çox sarsıldım. Həlak olan hərbiçilərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan onlara səbr diləyirəm. Allah rəhmət eləsin".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova bu gün baş vermiş yol qəzası nəticəsində 3 hərbiçimizin həlak olmasından danışarkən səsləndirib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına əsasən, sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.
Ruhiyyə